AZ

Putin yenidən həmin formanı geyindi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin yenidən hərbi formada görüntülənib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin jurnalisti Pavel Zarubin videonu özünün Teleqram kanalında yerləşdirib.

Onun müşavirələrlə birlikdə çəkilmiş yeni görüntüləri Kremlin informasiya kampaniyasının növbəti elementi kimi qiymətləndirilir.

Putin sonuncu dəfə oktyabrın sonunda Əlahiddə Hərbi Əməliyyatların (SMO) komanda məntəqəsinə hərbi formada gəlmişdi.

Qeyd edək ki, noyabrın 20-də Rusiya lideri Qərb qüvvələri qrupunun komanda məntəqəsinə baş çəkib. O, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Qərb və Cənub qrupları komandirlərinin Baş Əməliyyat İdarəsinin rəhbəri ilə görüş keçirib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
globalinfo.az

1Mənbələr