AZ

Livan İsraillə danışıqlar üçün ABŞ dan kömək istəyib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qahirə, 20 noyabr, AZƏRTAC

Livanın Baş naziri Nəvaf Salam İsrail ilə danışıqlarda irəliləyiş üçün ABŞ-dan kömək istəyib.

AZƏRTAC “əl-Ərəbiyyə”yə istinadla xəbər verir ki, Baş nazirin dediyinə görə, Livan prezidenti Cozef Aunun bundan qabaq İsrail ilə danışıqlar aparmaq üçün dəfələrlə etdiyi çağırışlara baxmayaraq, qarşı tərəf danışıqlardan və ya razılaşmaya nail olmaqdan imtina edib.

Baş nazir, həmçinin vurğulayıb ki, Livan hakimiyyəti "bu dəfə regiondakı dəyişikliklərdən geri qalmayacaq".

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
4
azertag.az

5Mənbələr