AZ

İran XİN: Qahirə anlaşması rəsmi olaraq başa çatmış hesab edilir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qahirə, 21 noyabr, AZƏRTAC

Üç Avropa ölkəsi və ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) idarə heyətinə İrana qarşı təqdim etdiyi qətnamə qanunsuz və əsassızdır. 15 üzvün əleyhinə və bitərəf səsverməsinə baxmayaraq, qətnamə həmin dörd ölkənin təzyiqi ilə qəbul edilib.

AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.

Nazir bildirib ki, İranın əməkdaşlıq və xoş niyyətinə məhəl qoymayan həmin ölkələr bu addımla agentliyin nüfuz və müstəqilliyini zədələyir, onun İran ilə əməkdaşlıq prosesini pozur.

Diplomat vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasında üç Avropa ölkəsinin ləğv edilmiş qətnamələrin bərpasına yönəlmiş qanunsuz hərəkətindən sonra Qahirə anlaşması artıq İran və agentliyin nəzarət sahəsindəki münasibətlərində əsas hesab edilmirdi. İndi isə agentliyin Baş direktoruna rəsmi məktub göndərilərək anlaşmanın qüvvədə olmadığı və başa çatmış hesab edildiyi bildirilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
3
azertag.az

4Mənbələr