BAKI, 21 noyabr. TELEQRAF
Braziliyanın Belen şəhərində keçirilən BMT-nin COP-30 iqlim konfransında baş vermiş yanğının səbəblərindən biri qısaqapanma ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə G1 portalına Para ştatının qubernatoru Elder Barbalyoa məlumat verib.
Qubernatorun sözlərinə görə, alovlanmaya qısaqapanma və ya generator nasazlığı səbəb ola bilər.
Portal qeyd edir ki, yanğın tədbirin “mavi zona” adlanan hissəsində başlayıb. Bu ərazidə iştirakçılar iqlim təşəbbüslərini təqdim etmək üçün öz stendlərini qurmuşdular.
Alov bir neçə dəqiqəyə nəzarət altına alınıb, lakin 13 nəfər dəm qazından zəhərlənmə səbəbilə tibbi yardım almaq məcburiyyətində qalıb.
COP-30 iqlim konfransı Para ştatının şimalında yerləşən Belen şəhərində 10-21 noyabr tarixlərində keçirilir.