AZ

İran paytaxtını dəyişə bilər

BAKI, 21 noyabr. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkiyan ölkənin paytaxtının Tehrandan başqa bir yerə köçürülməsinin vacibliyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Prezident şəhərin həddindən artıq sıxlığı və su qıtlığı səbəbindən belə addımın zəruri olduğunu vurğulayıb.

“Bizim seçimimiz yoxdur. Bu bir zərurətdir”, - Pezeşkiyan bildirib.

O, həmçinin qeyd edib ki, əhalinin artması fonunda paytaxtda su problemi daha da dərinləşə bilər. Prezidentin sözlərinə görə, su çatışmazlığı yalnız Tehrana deyil, bir sıra İran əyalətlərinə də aid olan aktual problemdir.

Seçilən
36
teleqraf.com

1Mənbələr