AZ

Braziliya ABŞ-nin əlavə rüsumlarının tam ləğvini tələb edir

BAKI, 21 noyabr. TELEQRAF

Braziliya ABŞ-nin bəzi kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi 40%-lik tarifin ləğvini alqışlayır, lakin digər məhsul kateqoriyaları üzrə rüsumların da aradan qaldırılması üçün danışıqları davam etdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Braziliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, ABŞ artıq bəzi ət növləri, qəhvə, mango, kokos, ananas və digər kənd təsərrüfatı məhsulları üçün 40%-lik tarifləri ləğv edib.

Braziliya tərəfi bu qərarı müsbət qiymətləndirir və qalan idxal tariflərinin də aradan qaldırılması məqsədilə Vaşinqtonla danışıqları davam etdirəcəyini açıqlayıb.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Braziliyadan idxal olunan bəzi kənd təsərrüfatı məhsullarına tətbiq edilən rüsumların azaldılması barədə sərəncam imzalamışdı.

Seçilən
43
teleqraf.com

1Mənbələr