AZ

Uelsdə muzeydən tunc dövrünə aid unikal qızıl-zinət əşyaları oğurlanıb

Uelsin Kardiff şəhərindəki Müqəddəs Faqan Milli Tarix Muzeyindən tunc dövrünə aid nadir qızıl zinət əşyaları oğurlanıb.

“İki sahil” "Telegraph" nəşrinə istinadən xəbər verir ki, qiymətli əşyalar muzeyin vitrinlərindən götürülüb.

Məlumata görə, itən zinət əşyaları arasında dörd böyük bilərzik və tunc dövründə boyunbağı kimi istifadə olunan aypara şəkilli unikal zərgərlik məmulatı da var.

Hadisədə şübhəli bilinən 45 yaşlı qadın saxlanılıb və daha sonra zaminə buraxılıb. Oğurluqda iştirak etdiyi ehtimal olunan digər şəxslərin axtarışları isə davam etdirilir.

Muzeydə təhlükəsizlik tədbirləri gücləndirilib. İşçilər oğurlanan zinət əşyalarının unikal və əvəzolunmaz olduğunu, muzeyə dəymiş ziyanın isə çox böyük olduğunu bildiriblər.

Seçilən
67
ikisahil.az

1Mənbələr