AZ

Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib (FOTO)

Bakı.Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraqpaytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərinrayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə vətəşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorunnümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Trend xəbərverir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, müşavirələrin əsas məqsədi rayon xidmətlərininsoyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətininaraşdırılması, bu zaman görülməsi zəruri olan işlərmüzakirəsidir.

Növbəti müşavirələr paytaxtın Xəzər, Pirallahı və Qaradağrayonlarında keçirilib. Müşavirələrdə qeyd edilib ki, rayon İcraHakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar,kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatlarınrəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildəyerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarıntəmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, lingvə s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikalarınvəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakıküçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərinsiyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası iləyanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcudtexnikalarının cəlb edilməsi qərara alınıb.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar,bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinəözlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyəcağırış edilib.

Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Seçilən
21
42
az.trend.az

10Mənbələr