BAKI, 21 noyabr. TELEQRAF
Bu gün paytaxtda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin media qurumlarına cavabdeh strukturlarının rəhbərləri, aparıcı media orqanlarının təmsilçiləri, yüksək vəzifəli iştirakçılar və sahə üzrə ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirilir.
Teleqraf xəbər verir ki, Forum Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutur.
Tədbirə ümumilikdə 8 ölkədən və Təşkilatın Katibliyindən olan 71 xarici nümayəndə də daxil olmaqla, 150 qonaq qatılıb.