AZ

Bəzi ərazilərdə işıq olmayacaq

Biləsuvar və Yardımlının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

"Azərişıq"dan verilən məlumata görə, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Biləsuvar rayonunda 3.2 mVA gücündə transformatorda, Yardımlıda isə 35 kV-luq hava xəttində noyabrın 21-də təmir işləri aparılacaq.

 

Məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Biləsuvarın Nərimankənd, Səmədabad, saat 13:00-dan 15:00-dək Yardımlının Abdinli, Anzov, Arvana, Avaş, Bozayran, Bürzünbül, Gərsava, Hamarkənd, Köryədi, Kürəkçi, Qabaqdibi, Qaraqaya, Perimbel, Şəfəqli, Şiləvəngə, Urakəran, Vərgədüz kəndlərində, eləcə də şəhər ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Tarix: 21 Noyabr 2025, 10:01   
Seçilən
12
26
pravda.az

10Mənbələr