AZ

Frida Kahlonun bu əsəri 54,6 milyona satıldı

Frida Kahlonun avtoportreti Nyu-Yorkda 54,6 milyon dollara satılıb.

"Unikal" xəbər verir ki, satışı "Sotheby's" hərracı həyata keçirib.  

Bu məbləğ amerikalı rəssam Corciya O'Kiffenin (2014-cü ildə 44,4 milyon dollar) sahib olduğu əvvəlki rekordu xeyli üstələyib. 1940-cı ildə çəkilmiş rəsm ilkin olaraq hərrac mütəxəssisləri tərəfindən 40-60 milyon dollar arasında qiymətləndirilib. Rəssam tabloda səmada buludlar arasında üzən kimi çarpayıda yatmış insanı təsvir edir. 

Seçilən
124
1
unikal.az

2Mənbələr