AZ

FT: “Sülh planının qəbulu üçün ABŞ kiyevə vaxt qoyub”

AzVision.az bildirir ki, ukraynalı mənbələrə istinad edən “Financial Times (FT)” nəşrinin məlumatına görə, ABŞ-nin “sülh palnı”nın qəbuluna tezliklə cavab verməsi üçün Kiyevə gücü təzyiq görtərilir.

Adı açıqlanmayan məmur və digər məlumatlı mənbə nəşrə bildirib ki, vəziyyət 2025-ci ilin yazında faydalı qazıntılar üzrə sazişin imzalanması ərəfəsində Ukraynaya edilən təzyiqlərə bənzəyir.

“FT” xatırladır ki, 28 bənddən ibarət “sülh planı” Kiyev tərəfindən Ukraynanın çoxdankı qırmızı xətlərini pozan əhəmiyyətli güzəştlərə getməyi tələb edir.

Ukrayna rəsmilərinin sözlərinə görə, Ağ Evin ilin sonuna qədər müharibəni bitirməsi üçün Tramp administrasiyası Ukrayna prezidenti və komandası ilə “aqressiv rejimdə” işləyir.

“ABŞ rəsmiləri Zelenskinin noyabrın 27-də Şükran Günündən əvvəl sazişi imzalamasını gözləyirlər. Məqsəd bu ayın sonunda Moskvaya sülh sazişini təqdim etmək və prosesi dekabrın əvvəlinə qədər başa çatdırmaqdır”, - ukraynalı mənbələr bildirirlər.

Ukrayna prezidenti ofisinin nümayəndələrinin fikrincə, bu müddətə çatmaq mümkün deyil, çünki bir neçə məqam Ukrayna üçün aydın qırmızı xətlər təşkil edir. Nəşr Kiyevin, öz növbəsində, Amerika tərəfi üçün əks təkliflər üzərində işlədiyini yazır.

Trampın Rusiya-Ukrayna üçün 28 maddəlik sülh planıI TAM MƏTN
Bununla belə, Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin sülh prosesini pozmağa cəhd göstərməyəcəyinə əmin edib. Noyabrın 21-də axşam çıxışında o, ABŞ nümayəndələri ilə görüşdüyünü və onların müharibəni bitirmək Vaşinqton planının müddəalarını təqdim etdiyini deyib.

- Müharibənin ilk günlərindən biz çox sadə bir mövqe tutmuşuq: Ukraynaya sülh lazımdır, üçüncü müdaxilə ilə pozulmayacaq əsl sülh. Müstəqilliyimizə, suverenliyimizə və Ukrayna xalqının ləyaqətinə hörmət edən ləyaqətli sülh. Biz məhz bu şərtləri təmin etməliyik”,- Zelenski vurğulayıb.

Ukrayna lideri bildirib ki, Kiyev heç bir kəskin açıqlama verməyəcək. Ukrayna və ABŞ, habelə Kiyevin Avropadakı və dünyadaki dostları və tərəfdaşları aydın və vicdanlı fəaliyyətə sadiqdirlər.

“Yaxın günlərdə prezident Trampla danışacağıma ümidliyəm. Biz başa düşürük ki, Amerikanın gücü və Amerikanın dəstəyi sülhü həqiqətən də yaxınlaşdıra bilər və biz bunu əldən vermək istəmirik. Biz həmçinin başa düşürük ki, Rusiyanın heç bir sülh arzusu yoxdur; əks halda onlar bu müharibəni başlamazdılar”,- Volodimir Zelenski söyləyib.

Onun fikrincə, Amerika Rusiyanın müharibəyə son qoymaq öhdəliyinin nəhayət ciddiləşməsini təmin etməyə qadirdir. Kiyevə sülh lazımdır və o, əlindən gələni edəcək ki, dünyada heç kimdiplomatiyanı sabotaj edənlərin ukraynalıların olduğunu deməsin.

Xatırladaq ki, ABŞ-nin Ukrayna üzrə sülh planı layihəsi üzərində Vaşinqton və Moskvanın birgə işlədiyini iddia edən “Associated Press” agentliyi onun tam mətnini təqdim edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
9
50
azvision.az

10Mənbələr