AZ

Pakistanlı nazir: Bakı bəyannaməsini qəbul etməli və D 8 ölkələri arasında media əməkdaşlığını başlamalıyıq

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Bəyannamə qəbul etməli və D-8 ölkələri arasında media əməkdaşlığının əsasını qoymalıyıq.

APA xəbər verir ki, bunu Pakistanın İnformasiya və Yayım naziri Attaullah Tarar “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun açılış mərasimindəki çıxışında deyib.

“Pakistan əhalisinin 86%-i 30 yaşına çatmamış insanlardan ibarətdir. Hindistanla münaqişə dövründə Pakistanın Z nəslinin media fəaliyyəti çox mühüm xarakter aldı. Onların fəaliyyəti sayəsində Pakistan qlobal informasiya məkanında öz haqlı mövqeyini bərqərar etdi. Düşünürəm ki, biz Bakı bəyannaməsini qəbul etməliyik və artıq D-8 ölkələri arasında media əməkdaşlığına nail olmalıyıq”, - nazir bildirib.

O, Azərbaycanın D-8 qrupunun tamhüquqlu üzvü olduğundan məmnunluq ifadə edib və Pakistanın ölkəmizin sağlam informasiya məkanının yaradılmasında həyata keçirdiyi tədbirləri dəstəklədiyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
2
apa.az

3Mənbələr