AZ

Paytaxtda 5-ci mərtəbədən yıxılan kişi öldü

Paytaxtın Qaradağ rayonu Ümid qəsəbəsində faciəvi hadisə baş verib.

Metbuat.az xəbər verir ki, dünən saat 17 radələrində 1992-ci il təvəllüdlü Yavər Vəliş oğlu Zalov yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.

O, hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
74
3
metbuat.az

4Mənbələr