AZ

İndoneziya təmsilçisi: D-8 Media Forumunun ilk dəfə Azərbaycanda keçirildiyi üçün çox məmnunuq

Bakı, 21 noyabr, AZƏRTAC

Biz D-8 Media Forumunun ilk dəfə Azərbaycanda keçirildiyi üçün çox məmnunuq. Rəqəmsal platformaların inkişaf etdiyi dövrdə biz bu sahəyə ciddi şəkildə nəzarət yetirməliyik və öz töhfələrimizi verməliyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri İndoneziyanın Xarici İşlər Nazirliyinin çoxtərəfli məsələlər üzrə baş siyasi məsləhətçisi Agustaviano Sofjan D-8 Media Forumunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, etik və müstəqil jurnalistika ictimaiyyətdə düzgün fikir formalaşmasında mühüm rol oynayır. Agustaviano Sofjan faktların yoxlanılmasının və dezinformasiyanın qarşısının alınmasının prioritet məsələlərdən biri olduğunu vurğulayıb.

Seçilən
45
azertag.az

1Mənbələr