AZ

Azərbaycanda yaradılacaq Media Mükəmməlliyi Mərkəzi media əməkdaşlığını gücləndirəcək - Türkiyəli nümayəndə

Bakı. Trend:

D8 çərçivəsində Azərbaycanda yaradılacaq Media MükəmməlliyiMərkəzinin media əməkdaşlığını daha da inkişaf etdirəcəyinə vəbirgə strateji kommunikasiya potensialımızı gücləndirəcəyinəinanırıq.

Trend xəbərverir ki, bunu bu gün Türkiyə Respublikası PrezidentininKommunikasiya İdarəsinin Strateji Kommunikasiya və Böhran İdarəetməŞöbəsinin rəhbəri Bora Bayraktar Bakıda keçirilən D-8 MediaForumunda çıxışında deyib.

O qeyd edib ki, Türkiyə bilik və təcrübəsini paylaşmağa,həmçinin bu mərkəzin yaradılması üçün beynəlxalq əməkdaşlıq vəkoordinasiyanı möhkəmləndirməyə hazırdır:

"Biz kommunikasiya sahəsində dərin dəyişikliklərə şahidlikedirik. Rəqəmsal texnologiyaların gündəlik həyatla iç-içəliyi,qlobal qeyri-müəyyənliklər və onların törətdiyi faciələr millisərhədləri aşan bir kommunikasiya anlayışı formalaşdırmağı tələbedir. Qlobal mürəkkəb çağırışlarla başa çıxmaq üçün D-8 kimibeynəlxalq təşkilatların məsuliyyəti artır".

"Rəqəmsal media, sosial şəbəkələr və süni intellekt informasiyaistehsalını və dövriyyəsini sürətləndirsə də, "fake" məlumatlarınyayılmasını və manipulyasiyanı asanlaşdırıb. Dəqiq və etibarlıməlumatlara olan tələbat misli görünməmiş səviyyəyə çatıb.İnformasiya müharibələri ənənəvi münaqişələrin bir hissəsinəçevrilib və bu gün dövlətlər və cəmiyyətlər hibrid təhlükələrləüzləşir. Süni intellektin gücü ilə birləşmiş yeni media vasitələriictimai nizamı pozmaq və dövlət institutlarına inamı sarsıtmaq üçünbir silah kimi istifadə olunur. Bu reallıq kommunikasiya anlayışınıyenidən nəzərdən keçirməyi tələb edir", – Bayraktar əlavə edib.

Məqalədə:
Seçilən
62
2
az.trend.az

3Mənbələr