AZ

Məşhur şərab şirkətinin külli miqdarda vergi borcu var

BAKI, 21 noyabr. TELEQRAF

“Göyçay-Şərab” ASC-nin külli miqdarda vergi borcu yaranıb.

Teleqraf xəbər verir ki, ASC-nin hazırda dövlətə 62 845.97 manat vergi borcu var.

Göyçay-Şərab ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 46 248 manat olan şirkətin qanuni təmsilçisi Kərimov Naib Sahib oğludur.

Onu da bildirək ki, Göyçay-Şərab ASC-yə vaxtilə Mərkəzi Bank, eyni zamanda gömrük qaydalarını pozduğu üçün Gömrük Komitəsi tərəfindən inzibati protokollar tərtib edilib.

“Göyçay Şərab” ASC alkoqollu içkilərin istehsalı və satışı fəaliyyəti ilə məşğuldur. Müəssisədə istehsal olunan məhsul əsasən Rusiyaya ixrac edilir.

Seçilən
51
teleqraf.com

1Mənbələr