AZ

Nigeriya Mətbuat Şurasının Baş direktoru: Bakıda tərəqqinin sürətlə irəlilədiyini görmək çox sevindiricidir

Bakı, 21 noyabr, AZƏRTAC

Bu, mənim Azərbaycana ilk səfərimdir və etiraf etməliyəm ki, hava limanından tədbir məkanına qədər gördüyüm mənzərə məndə böyük təəssürat yaradıb. Bakı şəhərində inkişafın, modernləşmənin və tərəqqinin sürətli templə irəlilədiyini görmək çox sevindiricidir. Bu dinamizmi digər ölkələrdə də görməyi arzu edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nigeriya Mətbuat Şurasının Baş direktoru Dili Ezughah D-8 Media Forumunun açılış mərasimində deyib.

O qeyd edib ki, D-8 Media Forumu olduqca böyük əhəmiyyət kəsb edən bir platformadır. Forum ölkələrimiz arasında mövcud olan dostluğun, əməkdaşlığın və qarşılıqlı etimadın bariz təzahürüdür. Dayanıqlı həllər isə hər bir ölkənin öz reallıqlarından irəli gəlir. Məhz buna görə də, medianın inkişafı sahəsində əməkdaşlıq bizim üçün strateji önəm daşıyır.

“Əminəm ki, birgə səylərimiz nəticəsində həm regionumuzda, həm də beynəlxalq miqyasda daha təsirli və davamlı əməkdaşlıq mühiti formalaşdıracağıq. Media sahəsində əməkdaşlıq isə bu əlaqələrin ən mühüm sütunlarından biri olacaq”, - deyə Baş direktor əlavə edib.

Seçilən
38
azertag.az

1Mənbələr