AZ

Nazir müavini: BTQ Gürcüstanı qlobal əhəmiyyətli logistika qovşağına çevirib

Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Anaklia limanı layihəsi Gürcüstanı adi tranzit ölkədən regional və qlobal əhəmiyyətli logistika və nəqliyyat qovşağına çevirib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Genadi Arveladze Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində Bişkekdə keçirilmiş nazirlərin 24-cü toplantıda çıxışı zamanı deyib.


Onun sözlərinə görə, Gürcüstanın coğrafi mövqeyi ölkəyə unikal üstünlük verir.

“Qara dənizə çıxış, Xəzər dənizinə, Mərkəzi Asiya, Yaxın Şərq və Avropaya birbaşa quru yollara yaxınlıq sayəsində Gürcüstan yük, enerji və sərmayə axınları üçün mühüm qapıya çevrilib”, - nazir müavini əlavə edib.

Arveladze bildirib ki, Gürcüstanın iqtisadi islahatlar, idarəetmə və investisiya mühitinin yaxşılaşdırılması sahələrindəki təcrübəsi regional əməkdaşlıq üçün faydalı ola bilər. O qeyd edib ki, bərpa olunan enerji, turizm və rəqəmsal ticarət sahələrində təşəbbüslər sayəsində Gürcüstan qarşılıqlı bağlantının yalnız infrastruktur deyil, həm də ortaq dəyərlər, innovasiyalar və tərəfdaşlıq olduğunu nümayiş etdirib.

Seçilən
32
2
apa.az

3Mənbələr