AZ

"Barselona" "Kamp Nou"ya qayıdır, lakin azarkeşlər sevinmir: Biletlər "əl yandırır"

"Barselona" nəhayət evinə qayıdır.

Publika.az xəbər verir ki, Kataloniya klubu 2,5 ildən sonra ilk dəfə "Kamp Nou"da oynayacaq və 13-cü turda "Atletik"ə qarşı matç həmin arenada keçiriləcək.

Stadionun rekonstruksiyası hələ bitməyib, hazırda "Kamp Nou" cəmi 45 min nəfərdən bir qədər çox azarkeş qəbul edə bilir.

Bu xüsusi gündə stadionda yer alamaq "Barselona" azarkeşləri üçün də çətin olacaq. Çünki biletlərin qiymətləri astronomikdir. "Barsa" – "Atletik" matçı üçün ən ucuz bilet 199 avrodur.

"Marca"nın məlumatına görə, klub əvvəlcə prezident lojasındakı ən bahalı yerlərə 1000 avro, oyunçu skamyalarına yaxın sektorlara 750 avro qiymət qoymuşdu. Bir neçə gün ərzində qiymətlər sürətlə artıb. İndi VIP-lojaya düşmək istəyənlər 1750 avro ödəməlidir, futbolçulara yaxın yerlər isə 1250 avroya başa gəlir. Meydana daha yaxın olan ilk sıralar üçün 950 avro tələb olunur.

Seçilən
10
publika.az

1Mənbələr