Qazaxıstan Avropada Adi Silahlı Qüvvələr (AQQ) haqqında Müqaviləni dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilə (AQQ) üzrə öhdəliklərinin dayandırılması barədə sərəncam imzalayıb. Sənəd artıq qüvvəyə minib.
Qərarın səbəbləri açıqlanmasa da, analitiklər bunu beynəlxalq təhlükəsizlik mühitindəki dəyişikliklərlə və müqavilənin faktiki olaraq bir sıra dövlətlər tərəfindən yerinə yetirilməməsi ilə əlaqələndirirlər.
Tokayevin imzaladığı sənəd Qazaxıstanın müqavilə çərçivəsindəki fəaliyyəti və hesabatlılığı rəsmi şəkildə dondurur.
Xuraman Etibarlı
İnterpress.az