Bakı. Trend:
“Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi”mövzusunda D-8 Media Forumu çərçivəsində keçirilən "Məsuliyyətlijurnalistika və rəqəmsal innovasiya" adlı panel müzakirəsikeçirilib.
Trend xəbərverir ki, Banqladeş Mətbuat İnstitutunun baş direktoru Faruk VasifÖmər bu gün panel müzakirələri zamanı "Facebook" və "YouToub" kimisosial platformalar faktların yoxlanılmasında məsuliyyətli olmağadiqqət çəkib:
"Bu gün rəqəmsallığın inkişafı elə həddə çatıb ki, reallığı süniintellekt məhsulundan ayırmaq çətindir. Blogerlər, Tik-tokçularəsrində yeni idealardan danışırıqsa, gənclerin fəaliyyət göstərdiyisahələrə sirayət etmək lazımdır. Bu dövrdə "fake" informasiya iləmübarizə olduqca çətinləşib. Saxta məlumatlardan danışandaproblemin mənbəyini müəyyənləşdirmək lazımdır. "Facebook" və"YouToub" kimi sosial platformalar faktların yoxlanılmasındaməsuliyyətli olmalıdır".
İranın Press TV kanalının beynəlxalq əlaqələr şöbəsinin müdiriElham Abedini məlumatın yayımı ilə bağlı ana xətt formalaşdırmağınvacibliyini vurğulayıb:
"Ən vacib məsələ süni intelektin imkanları ilə risklərinitənzimləyəcək protokollar tərtib etməkdir. Bu sahədə əldə etdiyimiznailiyyətlər çox azdır. D-8 çərçivəsində yaradılan mərkəzlərin süniintellektlə bağlı bizi bir araya gətirə bilər. Süni intellektdövründə jurnalsitikanın necə davam etdirilə biləcəyimizi, süniintellektdən müsbət yararlanma yollarını müəyyənləşdirməliyik. Süniintellekt bizi bir-birimizə saha da yaxınlaşdıra bilər".
İndoneziyanın rəqəmsal biznes, media innovasiyası üzrəmütəxəssisi Ferdian isə müzakirələr zamanı risklərə diqqətcəkib:
"Məzmuna əlavədən, analitikadan danışırıqsa, burdakı müəyyənriskləri qeyd etməliyik. Çünki burada birbaşa ünsiyyət yoxdur.Gerçək mənbə - bu da başqa bir nüansdır. Hər şey süni intellektinecə yönəltməyinizdən asılıdır. İnnovasiya prinsipi tənzimləmənintəcrübələri boğmamağına xidmət etməlidir".
Misirin "Al-Ahram weekly" , Al-Ahram Online" mediasının başredaktoru Ezzat İbrahim panel zamanı alqoritmlərin xəbərredaksiyaları üzərində hökmranlığından danışıb:
"Sosial platformaların hökmranlığı gələcəkdə də davam edəcək.Hökumətlər KİV sahəsini əvvəlki kimi tənzimləmək iqtidarındaolmayacaq və nəticədə KİV təsisatlarını bir araya gətirməkməcburiyyəti ilə üzləşəcəyik. Bu qaydaların müzakirəsi baxımındanyeni mərkəzlərin yaradılması mühüm addım ola bilər".
Panel müzakirələrlə başa çatıb.