Apasport saytından alınan məlumata görə, ain.az bildirir.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın sərbəst güləşçiləri finala vəsiqə qazanıblar.
Apasport.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən Ağanəzər Novruzov yarımfinalda bəhreynli Maqomedrasul Asluyevə 7:5 hesabı ilə qalib gələrək finala yüksəlib.
86 kq-da mübarizə aparan Arseniy Djioyev isə yarımfinalda tacikistanlı Maqomet Yevloyevdən üstün olaraq finala çıxıb.
Digər tərəfdən, 97 kq-da mübarizə aparan Maqomedxan Maqomedov 1/4 final mərhələsində mübarizəni dayandırıb.
125 kq çəki dərəcəsində çıxış edən Giorgi Meşvildişvili isə yarımfinalda məğlub olaraq bürünc medal uğrunda döyüşəcək.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları bu gün başa çatacaq.
İslam Oyunları: Nigar Mirzəzadə yarımfinalda məğlub olub
İslamiada: Daha bir güləşçimiz yarımfinala adlayıb
Jalə Əliyeva İslam Oyunlarında ÇEMPİON OLDU
Daha bir idmançımız İslamiadada bürünc medal qazanıb
Güləşçimiz İslam Oyunlarını gümüş medalla başa vurub
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.