AZ

Xadimə evdən 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

Daxili İşlər Nazirliyi Badamdar qəsəbəsində baş verən oğurluq hadisəsi ilə bağlı məlumat yayıb.

XəzərNews.az xəbər verir ki, qəsəbədə yerləşən fərdi yaşayış evindən 50 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.

Məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin evdə xadimə kimi çalışan 50 yaşlı qadın şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar onun qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda hissə-hissə evdən çıxardığını müəyyən edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 13 dəfə oxunub.
Seçilən
54
xezernews.az

1Mənbələr