AZ

Bakıda restoranın yaxınlığında FACİƏ – Ölən gənclərin kimliyi bilindi

Binəqədi rayonunda “Lake Hotel”in dörd işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə cinayət işi açılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, adıçəkilən şəxslər qeyd olunan hotelin qarşısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində cərəyan vurması nəticəsində vəfat edən şəxslərin kimliyi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, faciəli hadisə nəticəsində vəfat edən şəxslər – 20 yaşlı Emil Quliyev, 18 yaşlı Əkbər Zeynalov, 27 yaşlı Cavidan Muradlı və 19 yaşlı Eltac Əliyevdir.

Qeyd edək ki, hadisə Binəqədi şosesində yerləşən “Lake Hotel” restoranının yaxınlığında baş verib.

Seçilən
41
1
editor.az

10Mənbələr