AZ

Demoqrafik göstəricilər geriləyir - Çıxış yolu nədir? - AÇIQLAMA

Azərbaycanda son illər təbii artım tempi nəzərəçarpacaq dərəcədə azalır. Ailələr əvvəlki dövrlərlə müqayisədə daha azsaylı övlad dünyaya gətirməyə üstünlük verirlər. Sosial-iqtisadi amillər, həyat tərzinin dəyişməsi və gələcək planların daha diqqətlə qurulması bu tendensiyanın əsas səbəbləri kimi göstərilir. Nəticədə, 2 və 3-cü uşağa marağın azalması ümumi demoqrafik mənzərəyə də təsir edir. Bəs bununla necə mübarizə aparmaq lazımdır?

Mövzu ilə bağlı Missiya.Az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu tendensiya davam edir və olduqca narahatlıq doğurur:

"Bu, xoşagəlməz bir haldır, çünki tendensiyanın artması gələcəkdə müəyyən problemlərə yol aça bilər. Burada bir neçə məsələ var. Birincisi, gənclər artıq çoxuşaqlı olmaq istəmirlər. İkincisi isə gənclərin getdikcə ailə qurmağa meylinin azalmasıdır. Hətta yeni nəsil bu məsələlərə fərqli yanaşır. Qeyd etmək lazımdır ki, bu proses yalnız ölkəmizdə baş vermir, dünyanın müxtəlif ölkələrində də müşahidə olunur".

Deputat qeyd edib ki, bu prosesi mütləq şəkildə tənzimləməliyik:

"Bu, asan bir iş deyil. Bilirsiniz ki, parlamentdə də müxtəlif fikirlər səsləndirilir və həmkarlar müxtəlif mövqelər irəli sürürlər. Mən hesab edirəm ki, burada əsas iki variant mövcuddur. Birinci variant daha çoxuşaqlı ailələrin təşviqinə yönəlib. İkinci variant isə təbliğat və maarifləndirmə işlərini əhatə edir. Yəni gənclər anlamalıdırlar ki, bu gün övlad dünyaya gətirmək vacibdir, gənc nəsil böyüməlidir və ölkə əhalisi artmalıdır".

Seyranə QuliyevaMissiya.Az

Seçilən
79
missiya.az

1Mənbələr