AZ

"Lake Hotel"də avadanlıq daşıyan ofisiantlar yanaraq ölüblər – Dəhşətli DETALLAR

Binəqədi rayonunda "Lake Hotel"in dörd işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı təfərrüat bilinib.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə hotelin həyətində baş verib.

Hotelin restoranında işləyən dörd ofisiant binanın həyətində avadanlıq daşımaq üçün dəmir konstruksiyalı təkərli qurğunu aparırmış.

Qurğu hərəkətdə olarkən həyətdən keçən 10 min voltluq elektrik xəttinə toxunub. Hadisə nəticəsində ofisiantlar yanaraq ölüblər.

Bizim.Media

Seçilən
29
4
bizim.media

6Mənbələr