AZ

Avropa liderləri Zelenski ilə təcili danışıqlar APARACAQ

Almaniya kansleri Fridrix Merts cümə günü planlaşdırılan tədbirləri ləğv edib və Ukraynadakı münaqişənin həlli ilə bağlı təcili telefon danışıqları aparacaq.

Musavat.com xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən yazıb.

Bildirilib ki, onun ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski ilə konkret danışıqları planlaşdırılıb.

Qəzetin yazdığına görə, çağırışların məzmunu barədə ictimaiyyətə “yalnız tərəfdaşların razılığı ilə” məlumat veriləcək.

“Bloomberg” xəbər verir ki, digər Avropa liderləri də sabah Cənubi Afrikada keçiriləcək G20 sammitində ABŞ-ın Ukrayna ilə bağlı sülh planını müzakirə etmək üçün təcili toplantı keçirməyi planlaşdırır.

Telefonla keçiriləcək görüşdə Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer iştirak edəcək.

Görüşdə Finlandiya prezidenti Aleksandr Stubbın da iştirak edəcəyi gözlənilir.

Noyabrın 24-dək Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində G20 Liderlərinin Sammiti keçiriləcək.

Musavat.com

Seçilən
25
50
musavat.com

10Mənbələr