Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaş cəmiyyətini təmsil edən şəxslər Bakıya səfər edib.
“Cebheinfo.az”-ın “asbarez.am” saytına istinadən məlumatına görə, onlar İrəvan Mətbuat Klubunun fəxri sədri Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan və Samvel Meliksetyan və insan haqları fəalı Naira Sultanyandır.
Xatırladaq ki, əvvəllər Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya gəlişi barədə məlumat vermişdik. Dünən hökumət İrəvan-Bakı-İrəvan çarter reysləri üçün 17,5 milyon dram ayırıb.