AZ

Apellyasiya komissiyasının fəaliyyətə başlayacağı tarix açıqlanıb - BŞTİ

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyətgöstərən internat tipli ümumi təhsil müəssisələrinə tərbiyəçivəzifəsinə işə qəbul müsahibəsinin nəticələri ilə bağlı Apellyasiyakomissiyası fəaliyyətə başlayacaq.

İdarədən Trend-ə verilən məlumata görə, Apellyasiya komissiyasıBakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbindəfəaliyyət göstərəcək.

Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 24-25 noyabr2025-ci il tarixlərində saat 09:00-11:00 aralığında qeyd olunantəhsil müəssisəsinə yaxınlaşaraq komissiyaya müraciət edəbilərlər.

Müraciət edən hər bir şəxsin şəxsiyyətini təsdiq edən sənədi(şəxsiyyət vəsiqəsi) özü ilə gətirməsi vacibdir.

Qeyd edək ki, müsahibədə iştirak etmiş şəxslərin nəticələribarədə məlumat onların qeydiyyatdan keçdikləri telefon nömrəsinəSMS vasitəsilə göndərilib.

Seçilən
113
2
az.trend.az

3Mənbələr