AZ

Pakistan Bakıda "Mükəmməllik Mərkəzi" yaradılması təşəbbüsünə dəstək verir

Bakı. Trend:

Pakistan Bakıda "Mükəmməllik Mərkəzi"nin yaradılması təşəbbüsünədəstək verir.

Trend xəbərverir ki, bunu Pakistan Televiziyasının rəhbəri Adil Şahzeb D-8Media Forumu çərçivəsində keçirilən "Strateji kommunikasiya vəböhranın idarə olunması" adlı panel sessiyada çıxışı zamanıdeyib.

O qeyd edib ki, hazırki vəziyyətdə sosial şəbəkələrin əhatə vətəsir dairəsini gözardı etmək olmaz:

"Pakistan və Azərbaycan arasında ortaq dəyərlər çoxdur.Azərbaycanın dinamik liderliyi ilə D-8 təşkilatının Bakıda"Mükəmməllik Mərkəzi" yaradılacaq. Media sahəsində virtual təmaslarolduqca vacibdir. Sosial şəbəkələrin təsir dairəsi çox böyükdür.Səhv məlumatlar doğru xəbərdən azı 10 dəfə sürətlə yayılır və"fake" informasiya silaha çevrilir. Sürətlə dəyişən informasiyamühiti şəraitində ictimaiyyətlə sistemli kommunikasiyastrategiyasının qurulması zəruridir. Bu baxımdan üzv ölkələrarasında təcrübə mübadiləsi və birgə metodoloji çərçivələrinhazırlanması mühüm əhəmiyyət kəsb edir".

"Bakıda "Mükəmməllik Mərkəzi"nin yaradılması qlobal miqyasdayaranan təhdidlərin müzakirəsi və həll yolları tapılmasında mühüməhəmiyyət kəsb edəcək. Hibrid müharibələr dövründə bu cür mərkəzlərvə əməkdaşlıq olduqca mühümdür", - deyə o əlavə edib.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr