AZ

Əhali tərəfindən bu il 1.8 mlrd. dollarlıq məhsul idxal edilib

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin yanvar-oktyabr ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana idxal olunan mal və məhsulların dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.3% artaraq 1 milyard 787.8 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu da ölkənin cəmi idxalının 9.30%-ni əhatə edib.

Eyni zamanda, bu müddətdə fiziki şəxslər tərəfindən ixrac 108.4 milyon ABŞ dolları olub ki, bu da cəmi ixracın 0,50%-i deməkdir. Məlumata əsasən, hesabat dövründə fiziki şəxslər tərəfindən ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.2% azalıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ümumi məhsul ixracı 21.6 milyard ABŞ dolları, idxalı isə 19.2 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarı ilə vətəndaşın şəxsi məqsədlər üçün gömrük rüsumu ödəmədən bir ay ərzində xaricdən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə vasitəsi ilə sifariş etdiyi bağlamanın dəyəri 1000 ABŞ dollarından 300 ABŞ dollarına endirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
10
apa.az

10Mənbələr