Türkiyənin Superkubokunda təqvim müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, yanvarın 5-də "Qalatasaray" və "Trabzonspor" Qaziantepdə üz-üzə gələcək.
Bir gün sonra isə "Fənərbağça" və "Samsunspor" Adanada qarşılaşacaq.
Qaliblər final qarşılaşmasında üz-üzə gələcəklər.
Qeyd edək ki, Türkiyə Superkubokunun formatı bu ildən etibarən dəyişilib. Daha əvvəl ancaq ölkə çempionu və kubokun qalibi qarşılaşırdı.
İndi isə kubokun finalçıları və ölkə çempionatında ilk iki yeri tutan komandalar iştirak edir.