AZ

Qəhvəyi mərmər bağacığına qarşı 28 rayonda monitorinqlər aparılıb

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi(AXA) tərəfindən respublika ərazisində qəhvəyi mərmər bağacığınaqarşı mübarizə tədbirləri planlı şəkildə həyata keçirilir.

Cari ilin oktyabr ayının əvvəlindən etibarən aparılan monitorinqvə mexaniki-kimyəvi mübarizə tədbirləri zərərvericinin yayılmasınınqarşısını almağa yönəlib.

Trend xəbərverir ki, bu barədə Aqrar Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilib ki, oktyabr ayından bu günədək 28 rayon, 203 kənd və5693 məntəqədə qışlama yerlərinin monitorinqi aparılıb. Monitorinqnəticəsində aşkarlanmış zərərvericilərə qarşı 12 rayon və 70 kəndiəhatə edən 1679 məntəqədə ümumilikdə 106 023 fərd üzrə mexanikimübarizə tədbirləri görülüb.

Bundan əlavə, 6 rayon üzrə 79 kənddə və 1400 məntəqədə kimyəvimübarizə tədbirləri də həyata keçirilib. AXA əməkdaşları tərəfindən23 980 nəqliyyat vasitəsində və 17 101 vaqonda dezinfeksiya işləriaparılıb.

Eyni zamanda bu istiqamətdə həyata keçirilən tədbirlərçərçivəsində maarifləndirmə sahəsində də ciddi addımlar atılıb.Belə ki, 29 rayon və 202 kənddə ümumilikdə 10 624 vətəndaşıniştirakı ilə təlim və maarifləndirmə tədbirləri təşkil olunub.

Qeyd edək ki, bu tədbirlər zərərvericinin yayılmasının qarşısınıalmaq, kənd təsərrüfatına vurula biləcək ziyanı minimuma endirmək,əhalinin və fermerlərin maarifləndirilməsi məqsədi daşıyır. İştirakedən vətəndaşlara zərərverici ilə mübarizə üsulları barədə ətraflıməlumat verilib.

Seçilən
27
2
az.trend.az

3Mənbələr