Bakı.Trend:
Ümumdünya Səhiyyə Təşkilatının INFOSAN şəbəkəsindən daxil olanrəsmi məlumata əsasən, Amerika Birləşmiş Ştatlarında (ABŞ) “ByHeartWhole Nutrition Infant Formula” adlı uşaq qidasının istehlakı iləəlaqədar körpələr arasında botulizm halları qeydə alınıb.
Trend xəbərverir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, ABŞ Xəstəliklərə Nəzarət və ProfilaktikaMərkəzinin məlumatına görə, 2025-ci il 17 noyabr tarixinədək 13ştat üzrə 23 şübhəli və təsdiqlənmiş yoluxma halı müəyyən edilib vəonlar xəstəxanaya yerləşdirilib. Həmçinin ABŞ-də sözügedən məhsulunbütün partiyalarının və bütün qablaşdırma formalarınınistifadəsinin dərhal dayandırılması tövsiyə edilib.
Qeyd edək ki, botulizm ağır gedişli, potensial ölümcül xəstəlikolub, adətən Clostridium botulinum bakteriyası ilə çirklənmişqidalarda formalaşan toksinlərin qəbulu nəticəsində yaranır.Clostridium botulinum bakteriyası oksigensiz mühitdə təhlükəlibotulinum toksinlərini ifraz edir. Xəstəlik qəbizlik, iştahsızlıq,halsızlıq, zəif emosiya ifadəsi, zəif ağlama və başı şaquli tutmaqabiliyyətinin azalması kimi simptomlarla təzahür edir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindənaparılan araşdırma nəticəsində “ByHeart Whole Nutrition InfantFormula” adlı uşaq qidasının ölkəyə idxal edilmədiyimüəyyənləşdirilib. Lakin məhsulun Amazon.com və digər onlaynplatformalar vasitəsilə şəxsi istehlak məqsədilə sifariş olunmasımümkündür. Bu səbəbdən Agentlik xəbərdarlıq edir ki, ölkə daxilindəfərdi qaydada əldə edilən məhsulların mövcudluğu və istifadəsipotensial risk yarada bilər.
AQTA tərəfindən mövcud internet informasiya ehtiyatları və digərkommunikasiya alətləri vasitəsilə məhsulla bağlı aşkar olunmuş vəpotensial təhlükələr, habelə bu təhlükələrdən irəli gələn risklərbarədə maraqlı şəxslər məlumatlandırılıb.
INFOSAN tərəfindən əlavə məlumat daxil olduğu təqdirdə,yenilənmiş məlumat ictimaiyyətə təqdim ediləcəkdir.