AZ

Türkiyə Superkubokunda yarımfinal oyunlarının keçiriləcəyi stadionlar bəlli olub

Bakı, 21 noyabr, AZƏRTAC

Futbol üzrə Türkiyə Superkubokunda yarımfinal oyunlarının keçiriləcəyi stadionlar bəlli olub.

AZƏRTAC Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, “Qalatasaray” - “Trabzonspor” matçı yanvarın 5-də Qaziantep Böyükşəhər stadionunda, “Fənərbağça” - “Samsunspor” görüşü isə yanvarın 6-da Yeni Adana arenasında reallaşacaq.

Qeyd edək ki, final qarşılaşması isə yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.

Seçilən
69
3
azertag.az

4Mənbələr