AZ

Qadına hücum edib paltarını çıxardı - Qandonduran hadisə / FOTO

Bursanın Yıldırım rayonu ərazisində bir aptekdə çalışan D.Ö. adlı qadın, hava almaq üçün iş yerinin qarşısına çıxdığı vaxtda, Tugay Keleş tərəfindən hücuma məruz qalıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tugay Keleş, qadının paltarlarını çıxarmağa çalışarkən, D.Ö-nin qışqırıqlarını eşidən aptekdəki iş yoldaşı dərhal yardımına gəlib. 10 ayrı cinayətlə bağlı qeydi olan şübhəli Tugay Keleş həbs olunub. Tugay Keleş verdiyi ifadəsində "Narkotik təsirindəydim. Qızı görən zaman qəribə oldum. Yəqin ki, halüsinasiya gördüm və qızı çılpaq sandım" demişdir.

Hadisə 30 Oktyabr tarixində, saat 10:00 radələrində, Yıldırım rayonu ərazisindəki bir aptekdə baş verib. Aptekdə çalışan 23 yaşlı D.Ö. , hava almaq üçün qapının qarşısına çıxdığı vaxtda şübhəli 31 yaşlı Tugay Keleş  tərəfindən hücuma uğrayıb. Şübhəli qadının paltarlarını çıxarmağa çalışarkən, D.Ö-nin yardım çığırışlarına aptekdəki iş yoldaşı müdaxilə edib. Yere yıxılan D.Ö. dostunun müdaxiləsi ilə şübhəlidən xilas olub.

Bursa'da

Seçilən
10
manset.az

1Mənbələr