AZ

Xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda təqsirləndirilən Zahirəddin İbrahimovun həbs müddəti uzadılıb

Bakı. Trend:

Üçüncü ölkənin ərazisində məskunlaşıb digər ölkənin xüsusixidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklədövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada AzərbaycanRespublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyinsalınmasına yönələn hərəkətlər etməkdə təqsirli bilinərək DövlətTəhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi tədbirlərləAzərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsitəmin olunmuş 1954-cü il təvəllüdlü Zahirəddin İbrahimovunbarəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Trend xəbərverir ki, bu barədə Səbail rayon Məhkəməsində istintaq orqanıtərəfindən verilmiş təqdimata baxılıb və məhkəmənin qərarı iləZahirəddin İbrahimovun həbs müddəti 5 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Zahirəddin İbrahimov DTX-də başlanılmış cinayətişi üzrə bu ilin mart ayında həbs edilib.

Müəyyən edilib ki, Zahirəddin İbrahimov maddi maraq müqabilindəməxfi əməkdaşlığa cəlb olunmaqla xarici xüsusi xidmət orqanlarınınAzərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı,dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyitapşırıqları yerinə yetirmiş, genişmiqyaslı destruktiv separatçıtəşkilatlanma işi aparıb.

Ona AR Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xaricitəşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlətəleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət vədüşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittihamelan olunub.

Seçilən
50
25
az.trend.az

10Mənbələr