Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında güləş yarışları davam edir.
Apasport.az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində güləşən Ağanəzər Novruzov final matçına çıxıb.
İdmançımız həlledici qarşılaşmada İran təmsilçisi ilə üz-üzə gəlib.
Güləşçimiz rəqibinə 0:5 hesabı ilə uduzaraq İslamiadanı ikinci pillədə başa vurub.
Qeyd edək ki, digər təmsilçilərimizdən Arseniy Djioyev (86 kq) qızıl, Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda görüşə çıxacaq.
İslamiada: İslam Bazarqanov finalda!
İslam Oyunları: Nigar Mirzəzadə yarımfinalda məğlub olub
İslamiada: Daha bir güləşçimiz yarımfinala adlayıb
Jalə Əliyeva İslam Oyunlarında ÇEMPİON OLDU
Daha bir idmançımız İslamiadada bürünc medal qazanıb