AZ

Baş nazir Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 21-dəBeynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi DorinBoqdan-Martin ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə BeynəlxalqTelekommunikasiya İttifaqının Bakıda keçirilən ÜmumdünyaTelekommunikasiyanın İnkişafı Konfransının əhəmiyyəti vurğulanıb.Konfransın Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfəolaraq Azərbaycanda təşkil edilməsi əlamətdar hadisə kimiqiymətləndirilib, tədbirdə 2500 mütəxəssisin iştirak etdiyi qeydolunub.

Bildirilib ki, Konfrans çərçivəsində Bakı şəhərində BeynəlxalqTelekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzininaçılışının əhəmiyyətinə toxunularaq Mərkəzin region üçün innovasiyavə sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcəyinə əminlikifadə olunub.

Azərbaycanda İKT sektorunun, informasiya və bilikləriqtisadiyyatının, süni intellektin inkişaf etdirilməsi, rəqəmsalinfrastrukturun genişləndirilməsi, kibercinayətkarlıqla mübarizəningücləndirilməsi sahələrində görülən ardıcıl tədbirlər barədə söhbətaçılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İKTsektorunun inkişafını ölkəmizdə prioritet istiqamət elan edib. Cariildə Rəqəmsal İnkişaf Konsepsiyası və 2025-2028-ci illəri əhatəedən Süni İntellekt Strategiyası təsdiq edilib.

Azərbaycanın bu gün 100 faizlik genişzolaqlı internet əhatədairəsi ilə regionda lider mövqe tutduğu diqqətə çatdırılıb.

Yüksək texnologiyaların inkişafının "ağıllı şəhər/ağıllı kənd”konsepsiyasının tətbiqinə zəmin yaratdığı diqqətə çatdırılıb,hazırda ölkəmizin işğaldan azad edilmiş ərazilərində bukonsepsiyaya əsaslanan unikal və innovativ şəhərsalma modeliningeniş tətbiqi barədə məlumat verilib.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqıarasında rəqəmsal transformasiya, kibertəhlükəsizlik, elektronhökumət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirəolunub.

Beynəlxalq Telekommunikasiya İttifaqının beynəlxalq təcrübəsininxüsusilə rəqəmsal idarəetmə, rəqəmsal bacarıqların artırılmasısahəsində tətbiqinin ölkəmiz üçün faydalı olacağı qeyd edilib.

Eyni zamanda Azərbaycan nümayəndələrinin BeynəlxalqTelekommunikasiya İttifaqının rəhbər orqanlarında və işçiqruplarında təmsilçiliyinin artırılması, xüsusilə İttifaqınŞurasında ölkəmizin üzvlüyünün növbəti müddətə uzadılması vəikitərəfli əməkdaşlıq gündəliyində duran digər məsələlər ətrafındamüzakirələr aparılıb.

Baş
Baş
Seçilən
23
22
az.trend.az

10Mənbələr