Bakı. Trend:
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Rumıniyayaümumilikdə 869,6 min ton həcmində, 475,9 milyon ABŞ dollarıdəyərində bitum süxurlardan əldə olunmuş xam neft və neftməhsulları ixrac olunub.
Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu, dəyərifadəsində 125,1 milyon ABŞ dolları və ya 35,7 faiz, həcm baxımındaisə 283,9 min ton və ya 48,5 faiz çoxdur.
Hesabat dövründə Rumıniya Azərbaycandan neft və neft məhsullarıidxal edən ölkələr arasında beşinci yerdə qərarlaşıb.
Qeyd olunmalıdır ki, 2025-ci ilin yanvar-oktyabr aylarındaAzərbaycan 10,9 milyard ABŞ dollarından çox dəyərdə - təxminən 20,8milyon ton xam neft və neft məhsulları ixrac edib.
2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyərifadəsində 1,9 milyard dollar (15%) azalıb, həcm ifadəsində isə182,6 min ton (0,9%) artıb.