AZ

"Arkoz Metal Konstruksiyalar Zavodu" cərimələnə bilər

"Arkoz Metal Konstruksiyalar Zavodu" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, zavod barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində hakim Qabil Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, "Arkoz Metal Konstruksiyalar Zavodu" inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Seçilən
550
6
e-huquq.az

10Mənbələr