Bakı.Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Sosial Müdafiə Fondu respublika üzrə noyabr ayının pensiyaödənişini yekunlaşdırıb.
Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.
Noyabrın 21-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bugün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin noyabr ayı üzrəpensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalarödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiqbankların bankomatlarından əldə edə bilərlər.