ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Nurcanın uzunmüddətli emosional və sosial ehtiyacları vaxtında qarşılanmayıb. Bu, onun ailədən qaçması ilə nəticələnib.Anasını erkən itirməsi, atasının uzun müddət uzaqda yaşaması və xalasının da qayğı göstərməkdən imtina etməsi uşağın özünü tərk edilmiş hiss etməsinə səbəb ola bilər".Bu sözləri Demokrat.az-a açıqlamasında Firuzə Qasımova bildirib.O qeyd edib ki, belə vəziyyətlərdə uşaqda güvənsizlik və gələcəkdə münasibətlərə qarşı qorxu yarana bilər:“Sığınacağa yerləşdirilməsi isə onun təhlükəsizliyinin və emosional sabitliyinin qorunması baxımından doğru addımdır. Reabilitasiya prosesində əsas məqsəd uşağın yaşadığı travmaları tanıması, emosiya tənzimləmə bacarıqlarını gücləndirməsi və özünü təhlükəsiz hiss etməsidir. Xalasının və atasının münasibətləri uşaqda əlavə emosional zərbə yarada bilər, buna görə psixoloji dəstəyin davamlı olması vacibdir. Atanın rəsmi imtinası uşağın özünə aidiyyət hissini daha da zəiflədib. Sosial xidmət qurumlarının müdaxiləsi uşağın hüquqlarını qorumaqla yanaşı, ona sağlam inkişaf üçün minimum sabitlik təmin etməyə yönəlib. Belə uşaqlar üçün həm mənəvi, həm də sosial dəstək mühiti yaradılması onların gələcək adaptasiyasını asanlaşdırır. Müalicəvi işdə məqsəd təkcə travmanı azaltmaq deyil, həm də onun gələcək həyatda özünə olan inamını bərpa etməkdir. Bu kimi halların baş verməməsi üçün daha diqqətli olmalıyıq. Yoxsa, çox Nurcanımız şirin canından olacaq”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.