
Binəqədi rayonunda “Lake Hotel” işçilərinin elektrik cərəyanı vurması nəticəsində həlak olması ilə bağlı cinayət işi açılıb.
AFN.az xəbər verir ki, hadisə noyabrın 21-də hotelin qarşısında baş verib. Teleqraf-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, işçilər dəmir pilləkəni hotelin həyətinə apararkən yüksək gərginlikli xəttə ilişib və nəticədə elektrik cərəyanı onları vurub.
Hadisə zamanı 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalov həlak olub. Məlumata görə, işçilər təhlükəsizlik əlcəyindən istifadə etməyiblər.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.
![]()
![]()
![]()
![]()