AZ

Bitkoinin qiyməti aşağı düşüb



Bitkoinin qiyməti 20 aprel 2025-ci ildən bəri ilk dəfə 85.000 dollardan aşağı düşüb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bitkoin 8,07% ucuzlaşıb. Günorta saatlarında kriptovalyuta öz enişini daha da sürətləndirib.

Beləliklə, ilk dəfə aprel ayından bu tərəfə onun qiyməti 82,000 dollara qədər ucuzlaşıb.

Qeyd edək ki, keçən ay bitkoinin qiyməti rekord həddə çataraq bahalaşmışdı. İqtisadçı ekspertlər bu bahalaşmanın müvəqqəti xarakter daşıyacağı qənaətində idilər.

Cavid
Seçilən
9
1
newscenter.az

2Mənbələr