AZ

NİİM: Yanğınla əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində hərəkət qısamüddətli məhdudlaşdırılıb – YENİLƏNİB

Bakı, 21 noyabr, AZƏRTAC

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti yol polisi əməkdaşları tərəfindən qısamüddətli məhdudlaşdırılıb. Sürücülərdən qeyd edilənləri nəzərə almaları xahiş edilir.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

20:47

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə məlumat yayıb ki, paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb ediliblər.

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülür.

 

Seçilən
84
26
azertag.az

10Mənbələr