FİFA 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq dünya çempionatına həsr etdiyi posteri silib.
QOL.az xəbər verir ki, buna səbəb posterdə Portuqaliya millisinin və "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldonun yer almaması olub.
Azarkeşlər 40 yaşlı forvardın yoxluğuna görə etiaz ediblər. Nəticədə FİFA posteri sosial şəbəkə hesablarından və saytından silib.
Dünyanın ali futbol qurumu artıq mundial üçün yeni poster də hazırladıb. Bu posterdə isə Ronaldoya yer verilib.

