Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Publika.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata əsasən, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Bakı–Zaqatala, Bakı–Cəlilabad, Bakı–Astara, Bakı–Lənkəran, Bakı–Xankəndi–Laçın, Bakı–İmişli, Bakı–Ağdaş, Bakı–Horadiz, Bakı–Sabirabad, Sumqayıt–Xankəndi–Laçın, Mingəçevir–Göyçay, Bərdə–Şəki, Gəncə–Qazax, Qazax–Gəncə şəhərlərarası, Uzuntala kəndi – Zaqatala, Urva kəndi – Qusar avtovağzalı istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə paytaxtın 57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.
Sənədlər 20 dekabr 2025-ci saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.