“Çox vacib 3 xaldır”.

Offsideplus.az xəbər verir ki, bunu Misli Premyer Liqasının 12-ci turunda baş tutan Qarabağ" - "Sumqayıt" matçından sonra mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis 4:2 hesabı ilə qələbə qazandıqları matçla bağlı fikirlərini bölüşüb: “Futbolçularımı təbrik edirəm. Fasilədən sonra komanda olaraq oyun ritmindən düşürük. Çox maraqlı oyun oldu. Qarşımızda da yaxşı rəqib vardı. Biz oyuna fərqli sistemdə hazırlaşsaq da, onlar isə fərqli sistemdə başladılar. Qarşımızda beşli müdafiəni görəndə bəzi anlaşılmazlıqlar olsa da, get-gedə oyunu ələ ala bildik. Bütün azarkeşlərə təşəkkür edirəm. Stadionda Əsl futbol atmosferi var idi”

Mütəxəssis Elvin Cəfərquliyevin start heyətində olmamasına da münasibət bildirib: “Sağlamlığı ilə bağlıdır. Neçə gün qızdırması oldu. Komanda ilə iki məşq edib. Bir az idman formasını itirib. Hazırda tam hazır olduğunu deyə bilmərəm”.

Qeyd edək ki, "Qarabağ" 26 xalla turnir cədvəlinə başçılıq edir. 20 xalı olan "Sumqayıt" dördüncü sırada qərarlaşıb.